00:00:00
Yazar
Admin User
22.11.2023 12:13 342 1 dəq oxuma
Sosial

Azərbaycanda yüksək vəzifə tutan qadınlar niyə azdır?

Azərbaycanda yüksək vəzifə tutan qadınlar niyə azdır?

"Qadınlarımızın hakimiyyətdə vəzifə sahibi olması ilə bağlı cəmiyyətdə heç bir əks münasibət yoxdur. Əksinə, ölkəmizdə xanımlarımız müəyyən dövlət strukturlarında çalışırlar və seçkili orqanlarda təmsil olunurlar. Ölkəmizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını obrazı daim formalaşıb”.

 

Bu fikirləri informator.az-a açıqlamasında deputat Azər Badamov bildirib.

 

“Bu gün yüksək vəzifə tutan və mərkəzi icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışan kifayət qədər qadınlarımız var”.

 

Millət vəkilinin sözlərinə görə, seçkili orqanlarda da kifayət qədər qadınlarımız təmsil olunurlar.

 

“Seçkili orqanlarda qadınların sayı niyə azdır sualının cavabı isə aydındır. Çünki, xanımlar seçkili orqanda təyinatla təmsil olunmurlar”.

 

Azər Badamov qeyd edir ki, seçkili orqanda kim namizədliyini irəli sürürsə və kim daha yüksək səs çoxluğu qazanırsa, həmin şəxs də seçilir.

 

"Ona görə də bu gün həm Milli Məclisdə, həm də digər seçkili orqanlarda qadınlar kişilərə nisbətən az iştirak etdiklərinə və səs çoxlu əldə edə bilmədiklərinə görə az təmsil olunurlar. Bu da demokratik cəmiyyətin göstəricisidir”.

 

Deputatın sözlərinə görə, biz qadınların seçkili orqanlarda sayını çoxaltmaq üçün seçki prosesinə təsir göstərə bilmərik.

 

"Bu, həm də qanun pozuntusudur. Amma ola bilər ki, gələcəkdə nə vaxtsa qadınlar kişilərə nisbətən üstünlük təşkil etsin. Təbii ki, bu məsələ seçicilərin seçimindən asıllıdır”, - deyə deputat vurğulayıb.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər