00:00:00
Yazar
Admin User
23.11.2023 13:46 294 1 dəq oxuma
Sosial

Azərbaycandan İrana gedən dəmiryolu xətti

Azərbaycandan İrana gedən dəmiryolu xətti

Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq.

 

İnformator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.

 

Belə ki, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb.

 

Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.

 

Ümumilikdə, dəmiryolu xəttinin yenidən qurulması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin buraxılış qabiliyyətinin artırılmasına imkan verəcəyi bildirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər