Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək qılıncoynadanlar müəyyənləşib
Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək qılıncoynadanlar müəyyənləşib.
Bu barədə “İnformator.az” a Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib.
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında ümumilikdə 15 idmançı iştirak edəcək.
