00:00:00
Yazar
Admin User
01.04.2018 07:58 1485 1 dəq oxuma
Sosial

AZƏRBAYCANIMIZDA YAŞAYAN ETNİK-MİLLİ AZLIQLAR

AZƏRBAYCANIMIZDA YAŞAYAN ETNİK-MİLLİ AZLIQLAR VƏ YAXUD BİZİMLƏ QARDAŞLAŞMIŞ XALQLAR
AZƏRBAYCANIMIZDA YAŞAYAN ETNİK-MİLLİ AZLIQLAR

Ərtoğrul Mehdizadə    

Çoxmillətli ölkələr vardır ki, Oğuz yurdu olan Azərbaycan Respublikası da onlardan biridir. Azərbaycanımızda xeyli millətlər ömür sürür. Məsələn, avarlar, ləzgilər, talışlar, tatlar, kürdlər, udinlər, buduqlar, xınalıqlar, tatarlar, məhsətilər, saxurlar, yəhudilər, molokanlar və s. biz Azərbaycan türkləri artıq bu millətlərlə qardaşlaşmışıq. Həm xoş və həm də acı günləri bir yerdə yaşamışıq, müharibələrdə bir yerdə vuruşmuşuq, qanımız axanda da bir yerdə axıb. Bir yerdə ac olub, bir yerdə də ki, tox olmuşuq. Mehriban və dinc şəraitdə yaşamaqda davam edirik. Azərbaycan dövləti daima milli azlıqlara hörmətlə yanaşmış, onların çətinliyini imkan daxilində həll etmiş və rahatçılıqları üçün lazım olan hər cür zəruri şeylərlə onları təmin etmişdir. Onlar Azərbaycan türkləri kimi dövlət işlərində müstəqil şəkildə iştirak edir və vətəndaşlıq hüququndan isə lazımi qədərilə bəhrələnirlər. Bizim bu milli azlıqların hər biri ilə dostluğumuz və qardaşlığımız tarixin müxtəlif mərhələlərindən başlayır. Onlar Azərbaycanımızın bir çox gözəl guşələrində məskunlaşmışdırlar. Təbii ki, Azərbaycanımız tarixən ona pənah gətirən millətlərə öz qucağını açmış və onlara yer vermişdir. Ancaq bu millətlərdən bəziləri(ermənilər) bizə xəyanətkar çıxmış; torpağımıza xainliklə göz tikmiş; çox şeyləri(mədəniyyətimizi, musiqilərimizi, mətbəximizi) bizdən oğurlayaraq öz adına çıxmış, bəziləri bizimlə bir olmuş və bəziləri isə neytral mövqe tutaraq öz həyatını yaşamışdır

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər