00:00:00
Yazar
Admin User
18.11.2025 16:47 90 1 dəq oxuma
İdman

Azərbaycanın 3x3 basketbol millisi qrupunu birinci sırada başa vurub

Azərbaycanın 3x3 basketbol millisi qrupunu birinci sırada başa vurub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını da qələbə ilə başa vurub.


"İnformator.az" xəbər verir ki, yığma A qrupunun matçında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra milli qrupunu ilk sırada tamamlayıb. Yarımfinala adlayan Azərbaycanın növbəti rəqibi B qrupunu ikinci sırada bitirən komanda olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər