00:00:00
Yazar
Admin User
16.01.2015 09:16 306 1 dəq oxuma
Sosial

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir
Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

APA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər