00:00:00
Yazar
Admin User
29.10.2025 15:08 131 1 dəq oxuma
İdman

Azərbaycanın cüdo milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər

Azərbaycanın cüdo milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər

Azərbaycanın cüdo üzrə milli komandaları VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

 

"İnformator.az" xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən təlim-məşq toplanışında yığmamızla yanaşı Türkiyə, Serbiya, Avstriya, Almaniya və Çexiya cüdoçuları da iştirak edirlər.

 

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları 8–10 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. U-23 Avropa çempionatı isə 31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər