00:00:00
Yazar
Admin User
02.02.2026 17:00 61 2 dəq oxuma
İdman

Azərbaycanın cüdo millilərinə yeni məşqçilər təyin olunub

Azərbaycanın cüdo millilərinə yeni məşqçilər təyin olunub

Azərbaycanın cüdo üzrə milli komandalarında məşqçilər heyətində dəyişiklik edilib. Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandaların baş məşqçisi vəzifəsinə təyin olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, yeniyetmə mərhələsi təkcə cüdoda deyil, ümumilikdə istənilən idman növündə çox vacib mərhələdir:

 

“Bu mərhələdə həyata keçirilən düzgün təyinatlar sonrakı yaş dövrlərində, daha ciddi mərhələlərdə idmançıların həm fiziki, həm də texniki baxımdan düzgün formalaşmasında böyük rol oynayır. Ona görə də Federasiyanın bu məqama xüsusi diqqətlə yanaşması təqdirəlayiqdir. Orxan Səfərov və Tərlan Kərimovun bu sahədə təcrübəyə malik olmaları da müsbət məqamdır. Bu, vahid bir sistemin formalaşdırılmasında xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təcrübə və müasir standartların, eləcə də müasir tendensiyaların idmanımıza tətbiqi baxımından bu cür yanaşmalar olduqca vacibdir. Düşünürəm ki, onların qazandıqları təcrübə Azərbaycan cüdosunun gələcəyinə müsbət təsir göstərə bilər. Akademiya beynəlxalq vahid standartları formalaşdıran bir qurumdur və onun məzunları həm texniki, həm də taktiki baxımdan yüksək səviyyədə hazırlıqlı olurlar. Onlar bu bilik və bacarıqları öz ölkələrində tətbiq edərkən beynəlxalq təcrübəni Azərbaycana gətirir, eyni zamanda bu biliklərin tətbiqi vasitəsilə Azərbaycanın beynəlxalq standartlara və beynəlxalq cüdo ailəsinə daha sıx inteqrasiyasını təmin edirlər. Bu baxımdan düşünürəm ki, bu təyinatlar çox uğurlu və vacib addımdır".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər