Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışına qatılıb
Gənc qızlardan ibarət cüdo üzrə Azərbaycan millisi İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
"İnformator.az" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından məlumat yayıb.
Hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir. Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-7-si aralığında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
