Azərbaycanın futzal və voleybol milliləri mübarizəyə başlayırlar
Azərbaycan təmsilçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayırlar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, İslam oyunlarıAzərbaycan idmançıları üçün çox vacib yarışdır çünki Azərbaycan İslam ölkəsidir və İslam ölkələri arasında həmişə öz idmanı ilə seçilən, liderlər sırasında olan ölkə olub :
“Yetərincə yüksək imicə malik olan oyunlardır və burada məhz İslam ölkələri, türk ölkələri həmişə çox böyük həvəslə iştirak edirlər. Azərbaycan İslam Oyunları tarixində ən yaxşı keçirilən təşkil olunan ən yaxşı İslam oyunları, dördüncü İslam Oyunları olubdur ki, o da Bakıda keçirilib. Ümumiyyətlə, biz həmin yarışları jurnalist kimi işıqlandırarkən təşkilatçılardan az qala hər idman növü üzrə yarışlarda "Ən yaxşı İslam Oyunları Bakıda keçirilib"- sözlərini işlədirdilər. Azərbaycanda islam mədəniyyətinə, dini dəyərlərə verilən dəyər verilən qiymət, göstərilən münasibət həm də bu oyunların təşkilində, eyni zamanda da idmançılarımızın bu yarışlarda çox diqqətlə, ciddi yanaşmalarına diqqətlə, iştirakı ilə ölçülür. Düşünürəm ki, bu dəfəki İslam Oyunları da maraqlı mübarizə şəraitində keçirilir. Çox ciddi rəqabət olacaq çünki İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, yeni və digər çox güclü ölkələr bu yarışa böyük heyətlə qatılırlar ki, bu da rəqabətin ən yüksək səviyyəsinə qalxmasına rəvac verəcək. Azərbaycanın 619 idmançı ilə qatılmasını nəzərə alaraq 1000 neçə ondan çox idman növündə iştirak etməsini nəzərə alaraq düşünürəm ki, komandamız ölkə sıralamasında ilk üçlükdə yer almağa iddialıdır“.
Reyhan Quliyeva
