00:00:00
Yazar
Admin User
18.11.2025 04:31 117 2 dəq oxuma
İdman

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı

“Coşqun Əliyevin finala qədər məğlub etdiyi idmançılarla bağlı açıqlama verməyə gərək yoxdur. Uğuru göz qarşısındadır”.

 

Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, bununla bağlı bir neçə saytda məlumatlar paylaşılıb:

 

“Bildiyimiz kimi, ölkələrdə 4 ildən bir Olimpiya oyunları keçirilir, sonra isə Paralimpiya oyunları olur. Orada fiziki cəhətdən qüsurlu insanlar — idmançılar, hansı ki, onlar özlərini idmana həsr ediblər — onların mübarizəsi baş tutur. Orada idmançılar bir çox idman növləri üzrə iştirak edirlər. Deflimpiya yarışları isə yalnız və yalnız eşitmə qabiliyyəti problemi olan və ya tamamilə kar olan idmançıların yarışıdır”.

 

Müsahibimizin sözlərinə görə, bu yarışın təşkili həmin adamların cəmiyyətdən təcrid olunmaması, ümumi ictimai-informasiya inteqrasiyası üçündür:

 

“Yəni həmin adamların eşitmə qabiliyyəti yoxdursa, bu o demək deyil ki, o, cəmiyyətdən təcrid olunmalıdır. Onlar özlərini cəmiyyətin bir parçası hesab etmələri üçün bu tip tədbirlər, idman yarışları düşünülür. Bu, mədəniyyət sahəsində, incəsənətdə, rəssamlıqda da var. Xidmət əsasən bundan ibarətdir ki, həmin adamlar özlərini cəmiyyət üçün lazımsız, gərəksiz hesab eləməsinlər ki, bu da onlara bir növ mənəvi dəstək anlamına gəlir. Xeyirxahlıqdır və onlara mənəvi dəstəkdir. Onlar bu sahədə özlərini idmançı və s. kimi cəmiyyətin bir üzvü hesab edirlər və yaşamaq onlar üçün də maraqlı olur. Onlar özünü gərəksiz hesab eləmirlər. Xidmət yalnız bundan ibarətdir”.

 

Zəhra Möhübbətova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər