00:00:00
Yazar
Admin User
06.10.2025 17:22 133 1 dəq oxuma
İdman

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir

Gəncə İdman Sarayında təşkil olunan görüş qızlardan ibarət yığmamızın 3:1 hesablı ilə qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız oyunların bürünc medalını qazanıb.

 

Mövzu haqqında voleybol mütəxəssisi Şəfəq Kərimova "İnformator.az"a açıqlamasında bildirib ki, qızlardan ibarət yığmamızın son oyunu baş tutub:

 

 

"Əlbəttə ki, bu yarışın qızlardan və oğlanlardan ibarət komandalarımızın gələcək yarışları üçün müsbət təsiri olacaq. Bəzi oyunçular üçün ilk beynəlxalq yarışları olub. Həmin bu qarşılaşma hər bir oyunçu üçün müsbət təcrübə olub. Gələcək oyunlarda qız və oğlanlar hər biri öz yaş qrupuna uyğun- yəni qızlar 15, oğlanlar 17 yaşlılardan ibarət yeniyetmələrin iştirak etdiyi qruplara bölünəcək. Hər bir voleybolçunun gələcəkdə müəyyən uğurlar əldə edəcəyi gözlənilir".

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər