00:00:00
Yazar
Admin User
05.02.2026 17:11 68 1 dəq oxuma
İdman

Azərbaycanın qadın güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər

Azərbaycanın qadın güləşçiləri Xorvatiyada reytinq turnirində iştirak edirlər

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri - “Zaqreb Open” start götürüb. Nüfuzlu beynəlxalq yarışda Azərbaycan qadınlardan ibarət güləş millisi də mübarizəyə qoşulub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, Zaqrebdə keçirilən turnir adından da göründüyü kimi reytinq xarakteri daşıyır və əsas məqsəd iştirakçıların reytinq xallarını artırmaqdır:

 

"Yarışda kifayət qədər güclü idmançılarımız yer alacaq. Heyətdə gənc güləşçilərimiz də var və bu, ümumilikdə balanslı, vəhdət təşkil edən bir komandanın formalaşdığını göstərir. Yaxşı heyətlə turnirə qatılmışıq və düşünürəm ki, qadın komandamız bu yarışda uğurlu nəticələr göstərə bilər. Komandamız bizi layiqincə təmsil edəcək.

Bu cür yarışlar ilk dəfə deyil ki, keçirilir və milli komandamızın məşqçiləri bu yanaşmanı dəfələrlə tətbiq ediblər. Məqsəd həm gənc idmançıların təcrübə qazanması, həm də təcrübəli güləşçilərlə birlikdə yeni biliklər əldə etməsidir. Ümumilikdə reytinq turnirləri olduqca rəqabətli olur. Çünki titul uğrunda mübarizə aparılmasa da, reytinqdə irəliləmək imkanı yaranır və bu da qarşılaşmaları daha maraqlı edir.

Hakimlərin turnirdə iştirakı isə tam normal haldır. Beynəlxalq turnirlərdə Azərbaycan hakimlərinin ədalət təmsilçisi kimi iştirak etməsi artıq ənənə halını alıb və bu ənənənin davam etməsi ölkəmizdə güləş hakimliyinin inkişafına növbəti təkan verir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər