Azərbaycanın qadın həndbolçulardan ibarət millisi İslamiadadakı ilk matçında məğlub olub
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk matçını keçirib.
"İnformator.az"xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla üz-üzə gəlib.
"Green Hall" Olimpiya Kompleksində təşkil olunan matç rəqibin 28:26 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.
