00:00:00
Yazar
Admin User
16.09.2025 16:30 119 1 dəq oxuma
İdman

Azərbaycanın qadınlardan ibarət millisi Moldovaya qalib gəlib

Azərbaycanın qadınlardan ibarət millisi Moldovaya qalib gəlib

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.


"İnformator.az" xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Yığmanın digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.


Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər