00:00:00
Yazar
Admin User
11.02.2019 11:12 722 2 dəq oxuma
Sosial

Azərbaycanın qəhrəman oğul və qızları Yevlaxda anılıb

Azərbaycan xalqının ən böyük arzusu işğal olunmuş torpaqlarımızı, Qarabağı azad etməkdir.
Azərbaycanın qəhrəman oğul və qızları Yevlaxda anılıb

Azərbaycan vətənpərvərlər, qəhrəmanlar məskənidir. Vətən uğrunda canlarından keçənlərin qəhərmanlığı isə heç zaman unudulmur. Gənc nəslin vətənpərvərlik duyğusunun güclənməsində bu qəhrəmanlığın təbliğinə böyük ehtiyac var.

Informator.az xəbər verir ki, bu barədə fevralın 11-də Kamran Mürsəllinin “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Yevlax şəhərində keçirilən seminarda məlumat verilib. Seminar Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı keçirilib.

Layihə rəhbəri Kamran Mürsəlli qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonundan Ermənistan işğalçılarının ölkəmizə qarşı başlayan ərazi iddiaları torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. “Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə Azərbaycanın igid oğulları şəhid oldu, yaralandı. Xalqımızın, xüsusi ilə də gənclərimizin bu qəhrəmanlığı özlərinə örnək götürməyinə ehtiyac var. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər zamanı gənclərimiz Azərbaycan ordusunun qüdrətini gördü. Gənclərdə yaranan ruh yüksəkliyi, ərazi bütövlüyümüz uğrunda bir bayraq altında birləşməsi onlarda vətənpərvərliyin nə qədər yüksək olduğunu nümayiş etdirdi. Lazım gəldikdə Azərbaycan ordusu yenidən öz qüdrətini, gücünü yenidən həm düşmənə, həm də bütün dünyaya göstərəcək”, - layihə rəhbəri əlavə edib.

Ekspert Bəsti Nəsibova qeyd edib ki, müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycan gənclərinin, eləcə də bütün vətəndaşların vətənpərvərlik ruhunun hər zaman yüksək olması vacibdir: “Azərbaycanın qəhrəmanları namus, qeyrət simvolu kimi hər zaman gənclərə nümunə göstərilir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ailədən başlayır. Hər bir valideyn övladına Vətənə sevgini aşılamalı, dövlətinin və millətinin maraqlarını hər şeydən uca tutmağı öyrətməlidir. Bu istiqamətdə məktəb müəllimlərinin də üzərinə böyük iş düşür. Dərslərdən əlavə olaraq, vətənpərvərlik mövzusunda əsərlərin oxunmasına, inşa müsabiqələrinin keçirilməsinə, eyni zamanda bu tipli layihələrin icra olunmasına böyük ehtiyac var. Bu baxımdan layihə rəhbərinə uğurlar arzu edir və bu mövzuda layihələrin davam etdirilməsini arzu edirəm.”

Seminar digər qonaqların çıxışı ilə davam edib. Qeyd olunub ki, Azərbaycan xalqının ən böyük arzusu işğal olunmuş torpaqlarımızı, Qarabağı azad etməkdir. Bu istiqamətdə vətənpərvər və qəhrəman gənclərimizin üzərinə böyük məsuliyyət düşür.

Seminar müzakirələrlə davam edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər