00:00:00
Yazar
Admin User
04.02.2026 12:57 69 2 dəq oxuma
İdman

Azərbaycanın Qış Olimpiya Oyunlarında 8-ci cəhdi

Azərbaycanın Qış Olimpiya Oyunlarında 8-ci cəhdi

Azərbaycan Qış Olimpiya Oyunlarında indiyədək 7 dəfə təmsil olunub və bu yol fiqurlu konkisürmə ətrafında formalaşıb. 1998-ci ildə Naqanoda başlayan olimpiya debütü sonrakı illərdə Turinədək davam edib

 

"Ötən illərdə də fiqurlu konkisürmə təmsil  olunub. Lakin bildiyiniz kimi, Federasiya 2022-ci ilin 31 yanvar tarixində yaranıb və yarandığı dövrdən - 3-4 il ərzində çalışmışıq ki, digər idman növlərini də inkişaf etdirək".

 

Bu sözləri Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, buna xizək alpinizmi, dağ xizək idman növü aiddir:

 

"Saydığım idman növlərində kiçik də olsa, uğur qazanırıq. Bu ay fiqurlu konkisürmə ilə yanaşı, dağ xizək üzrə idmançımız ölkəmizi təmsil edəcək. O da lisenziya qazanıb. Zəif nəticələrə gəldikdə, digər ölkələrdə daha çox bu idman növlərinin sürətlə inkişaf etdiyini nəzərə almaq lazımdır. Biz, bu idman növlərində daha yeniyik, amma illər ötdükcə bizim nəticələr də yaxşılaşır. Ümidvarıq ki, gələn olimpiyadalarda həm müxtəlif idman növləri olacaq, həm də lisenziyaların sayı daha çox olacaq".

 

Müsahibin sözlərinə görə, xizək alpinizmi üzrə komandamız da formalaşıb və ölkədə sırf azərbaycanlılardan ibarət irimiqyaslı yarışlar keçirilir:

 

"Bu il Avropa çempionatı, iki dünya kubokumuz olacaq. Bundan əlavə, Azərbaycan İdman Akademiyasında, məşqçilik fakültəsində "qış idman növləri" ixtisası da var. Bütün bunlar qış idman növlərinin inkişafına təsir edir. Qeyd edim ki, bu, həm ABŞ Olimpiya Festivalında, həm yeniyetmələr üzrə Olimpiya Oyunlarında, həm də digər irimiqyaslı yarışlarda ölkəmizi daha geniş heyətdə təmsil etməsinə zəmin yaradır. Ümid edirəm ki, gələcəkdə biz başqa ölkələrdə də daha geniş heyətlə təmsil oluna biləcəyik".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər