00:00:00
Yazar
Admin User
14.10.2025 17:10 149 1 dəq oxuma
İdman

Azərbaycanın U-21 millisi Şotlandiya ilə məhsuldar heç-heçə edib

Azərbaycanın U-21 millisi Şotlandiya ilə məhsuldar heç-heçə edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.


"İnformator.az”ın məlumatına görə, Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.


"Liv Bona Dea Arena" stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-pen) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson, (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.


Qeyd edək ki, bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər