00:00:00
Yazar
Admin User
20.09.2023 17:58 362 1 dəq oxuma
Siyasət

Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz

Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz

Qərbin və Fransanın belə hallarda müdaxilələri ilk deyil. Açıq-aydın görünür ki, Qərb dairələri Qarabağdakı separatçı meyllərin aradan qaldırılmasını, bölgənin normal həyata qayıtmasını istəmirlər və bu ərazilərdə terrorun mövcudluğunda maraqlıdılar.

 

Milli Məclisin üzvü Arzu Nağıyev deyib ki, bu, birinci dəfə deyil: “Humanitar təhlükə ilə bağlı şounu yaradan Fransa idi. Çünki bunların ilk növbədə siyasi maraqları var. Eyni zamanda işğal vaxtı oradan həm iqtisadi, həm siyasi cəhətdən böyük xeyirlər götürüblər. Böyük vəsaitlər götürüblər. Bunların hamısı əldən çıxıb. Fransa məcburdur ki, bu addımları atsın. Ona görə də düşünürəm ki, nə qədər Fransa təkid etsə də bu məsələ Azərbaycanın daxili məsləsidir”.

 

Baş verənlər bir daha sübut etdi ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz. Rəsmi Bakı haqq-ədalətin və qanunun bərpası üçün üzərinə düşən vəzifələri sona qədər yerinə yetirəcək. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər