Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.


"İnformator.az" xəbər verir ki, Hüseynovun heyətində yer aldığı “Arda” klubu səfərdə “Slaviya”nın qonağı olub.


Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və görüşü əvəzolunmadan keçirib.

 

Qeyd edək ki, “Arda” 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.