00:00:00
Yazar
Admin User
19.11.2025 08:20 109 1 dəq oxuma
İdman

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

 

“İnformator.az” Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək.

 

Yarış noyabrın 20-23-də Latviyanın Dauqavpils şəhərində baş tutacaq. Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər