00:00:00
Yazar
Admin User
05.07.2023 09:34 267 1 dəq oxuma
Sosial

Azərbaycanlı reper Türkiyədə yenidən saxlanıldı

Azərbaycanlı reper Türkiyədə yenidən saxlanıldı

Kliplərində narkotik vasitələrdən istifadəni təbliğ etdiyinə görə may ayında saxlanılan Türkiyədə yaşayan azərbaycanlı müğənni Asya Əlizadə bu gün yenidən saxlanılıb.

 

İnformator.az Türkiyə mediasına istinadən bildirir ki, may ayında İstanbul Anadolu Baş Prokurorluğu replə məşğul olan azərbaycan əsilli müğənni Asya Əlizadənin kliplərində narkotik vasitələrdən istifadəni təbliğ etdiyinə görə istintaqa başlayaraq onun kliplərinə baxış keçirib. Baxış zamanı müəyyən edilib ki, Əlizadə kliplərindən birində ingilis dilində “like marixuana” ifadəsini işlənib. Araşdırmalardan sonra barəsində həbs qətimkan tədbiri seçilən Əlizadəni Ataşehirdəki evində saxlayıblar.

 

Polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilən Əlizadə ifadəsindən sonra sərbəst buraxılıb.

 

Əlizadə xarici ölkə vətəndaşı olduğu və cinayətdə əli olduğu əsas gətirilərək ölkəsinə göndərilmək üçün repatriasiya mərkəzinə təhvil verilib. Lakin burada proses davam edərkən hər gün polis idarəsinə getməli olan Asya Əlizadə bu şərti yerinə yetirməyib. Əlizadə bu gün səhər saatlarında yenidən Ataşehirdəki evində saxlanılıb. Polisin keçirdiyi əməliyyatlardan sonra Əlizadənin yenidən əyalət immiqrasiya idarəsinə təhvil veriləcəyi bildirilib.

 

Qeyd edək ki, Azərbaycan əsilli rus müğənnisi Əlizadə 2000-ci il oktyabrın 28-də Moskvada anadan olub. Türkiyədə rep musiqisi ilə məşğul olan Asya Əlizadə 2019-cu ildə ilk mahnısını çıxarıb. O, "Abnormal" və "Your Heart is Left to Me" mahnıları ilə tanınıb. 

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər