00:00:00
Yazar
Admin User
02.11.2023 15:45 485 1 dəq oxuma
Sosial

“Azərpoçt” adından saxta mesajlar göndərilir

“Azərpoçt” adından saxta mesajlar göndərilir

"Azərpoçt bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir”.

 

Bu sözləri informator.az-a açıqlamasında "Azərpoçt" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova söyləyib. Onun sözlərinə görə, Azərpoçt vətəndaşları ayıq-sayıq olmağa, onlara gələn mesajlara, linklərə həssas yanaşmağa çağırır.

 

"Son zamanlar, xüsusilə keçən şənbə-bazar təəssüf ki, vətəndaşlarımıza Azərpoçt adından kütləvi şəkildə saxta mesajlar yönləndirilib. Həmin mesajlarda vətəndaşların bağlamasının çatdığı, amma ünvanın natamamlığı səbəbindən mənzilə birbaşa çatdırılmadığı qeyd edilib. Mesajın ardınca isə link göndərilir ki, vətəndaş ünvan və digər fərdi məlumatlarını həmin linkə daxil etsin”.

 

Afaq İbrahimova düşünür ki, belə olan halda vətəndaşlar hətta bağlaması olmayan vətəndaşlar belə çox təəsüf ki, onlara aldanır.

 

“Vətəndaşlarımız həmin saxta mesajlara aldanaraq öz fərdi məlumatlarını daxil edirlər və nəticə olaraq dələduzluğun qurbanı olurlar".

 

Afaq xanım qeyd edir ki, şübhəli mesaj gəldiyi təqdirdə vətəndaşlar mütləq 169 çağırı mərkəzinə müraciət etməlidir.

 

"Vətəndaşlardan Azərpoçtla bağlı şübhəli mesaj və ya bildiriş aldıqda dərhal 169 çağırı mərkəzinə zəng edərək, eləcə də rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik".

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər