00:00:00
Yazar
Admin User
15.09.2023 17:46 396 2 dəq oxuma
Sosial

AZƏRPOÇT ƏHALİNİ DİQQƏTLİ OLMAĞA ÇAĞIRIR

AZƏRPOÇT ƏHALİNİ DİQQƏTLİ OLMAĞA ÇAĞIRIR

   Son zamanlar azərpoçtun müştəriləri eləcə də sakinlər dələduzların hədəfinə çevrilib. Belə ki, sosial şəbəkələrdə adına saxta hesablar açılan profildə azərpoçtun loqo və rənglərindən istifadə olunur. Bəs insanlar bunun qurbanı olmaqdan yayınmaq üçün nə etməlidirlər?

   “Sosial şəbəkələrdə qarşıma 5 manat 50 qəpik kompyuter satılması ilə bağlı reklamlar çıxdı. Mənə də maraqlı gəldi, sifariş verdim. 5 manat 50 qəpik hesabımdan çıxıldı. Sonra kompyuterdən xəbər çıxmadı. Yaxşı ki, vaxtında oyandım. Daha çox bir məbləğdə pul xərcləmədim”.

   Müsahibim bu cür yolla aldadılan nə ilk, nə də, sonuncudur. Sosial şəbəkələrdə 5 manat 50 qəpiyə noutbuk, tozsoran və digər texniki avadanlıqlar təklif olunan reklamlara rast gələn insanların sayı kifayət qədərdir. Əksəriyyətin bu paylaşımlara inanmağına səbəb isə postların rəsmi ad altında təqdim edilməsidir. "Azərpoçt" MMC-nin mətbuat katibi Afaq İbrahimovanın sözlərinə görə, səhifələrin adı Azərpoçt deyil Azərpost, Azpoçtdaşıma kimi qeyd olunur. Təəsüf ki, vətəndaşlarımızın bir çoxu da buna inanır. Həmin səhifələrdə belə bir məlumat yerləşdirilir ki, sanki Azərpoçt sahibsiz qalan mal tərkibli bağlamaların sahibsiz şəkildə satışına başlayıb. Azərpoçt olaraq qeyd edirik ki, sahibsiz qalan mal tərkibli bağlamaların satışını heç bir halda həyata keçirmir və ümumiyyətlə bunu nəzərdə tutumuruq”.

  Bəs, bu cür saxta satışları həyata keçirənlər barədə qanun nə deyir? Hüquqşünasların sözlərinə görə, saxta hesab açaraq 500 manatdan çox fırıldaqçılıq edən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, digər hallarda dələduzluq olan məbləğ 500 manatdan az olduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənzimlənir. “Dələduzluq etməklə başqasının əmlakını mənimsəmə zamanı hansı cəza növü tətbiq edilir? 160 saaatdan 240 saatadək ictimai işlər və şəxsin törətdiyi əmələ görə ona verilən ən ağır halda 3 ayadək inzibati həbs cəzası tətbiq edilə bilər”.

  Bu cür dələduzluq əməlləri ilə rastlaşanlar "Azərpoçt"a məxsus 169 qaynar xəttinə və ya hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər