00:00:00
Yazar
Admin User
20.10.2023 17:54 479 1 dəq oxuma
Sosial

“Azərpoçt”un adından saxta SMS-lər göndərilir

“Azərpoçt”un adından saxta SMS-lər göndərilir

Kiberdələduzlar "Azərpoçt" MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir.

 

İnformator.az axar.az-a istinadən bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər