00:00:00
Yazar
Admin User
09.02.2026 08:01 31 1 dəq oxuma
Dünya

Azərsun Holdinq "DaVinci Gourmet" ilə əməkdaşlığa başlayıb

Azərsun Holdinq "DaVinci Gourmet" ilə əməkdaşlığa başlayıb

DaVinci Gourmet”, “Azərsun Holdinq” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına daxil olub.

 

"İnformator.az" xəbər verir ki, “Kerry Group”un tərkibində fəaliyyət göstərən qlobal brend şərbətlər, souslar və püre məhsullarından ibarət geniş məhsul portfelini yerli bazara təqdim edib.

 

Məhsulların təqdimatı üçün təşkil olunan tədbirdə brendin innovativ dad həlləri və qəhvə mədəniyyətinə verdiyi töhfələr nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən “Azərsun Holdinq” rəsmiləri, bu əməkdaşlığın dünya standartlarına uyğun dad təcrübələrinin Azərbaycanda genişlənməsinə və istehlakçılara innovativ məhsulların təqdim olunmasına mühüm töhfə verəcəyini bildiriblər.

 

Qeyd edək ki, əməkdaşlıq “Azərsun Holdinq”in evdənkənar istehlak kanalına xidmət göstərən “Sun Food Services” şirkətinin güclü distribusiya şəbəkəsi vasitəsilə həyata keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər