00:00:00
Yazar
Admin User
16.03.2015 17:24 864 1 dəq oxuma
Media

AZƏRTAC-ın fotomüxbiri qızıl medal qazanıb

İlqar Cəfərov “DONEGAL 2015” I Beynəlxalq fotoqrafiya salonunun qızıl medalına layiq görülüb.
AZƏRTAC-ın fotomüxbiri qızıl medal qazanıb

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov İrlandiyada keçirilən “DONEGAL 2015” I Beynəlxalq fotoqrafiya salonunun (1st International Salon of Photography “DONEGAL 2015”) qızıl medalına layiq görülüb.

Fotosalon Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) tələblərinə uyğun şəkildə və onun himayəsi ilə keçirilib. Fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən 215 fotoqrafın işi təqdim olunub. İran, Avstriya və Macarıstandan olan peşəkar fotoqraf və fotoredaktorlardan ibarət münsiflər heyəti çoxsaylı işlər arasından fotosalonun final mərhələsi üçün 27 ölkədən 69 fotoqrafın 105 işini seçib. İ.Cəfərovun “Təmizlik işləri” (“Cleaning”) fotoşəkli fotosalonun qızıl medalına layiq görülüb. Fotoşəkil 2012-ci ilin martında “Fairmont Baku” otelinin ərazisində çəkilib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər