"AZƏRXALÇA"NI ŞUŞADA NƏ ZAMAN GÖRƏCƏYİK?
"Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzidir. Cəmiyyət Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Mərkəzin yaradıldığı gün eyni zamanda təqvimə Azərbaycan xalçaçılarının peşə bayramı – “Xalçaçı günü” kimi düşüb. Dünyanın bir çox ölkələrində xalçaçılıq sənəti mövcud olsa da, ilk dəfə belə bir bayramın qeyd olunması məhz Azərbaycanda reallaşıb.
"Azərxalça" ASC-nin məqsədini açıqlayan "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayevə deyir ki, burada məqsəd milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini, bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir. “Bölgələrdə "Azərxalça"nın 15 filialı fəaliyyət göstərir, Bakıda iki satış, sərgi salonumuz var”.
Qarabağda xalçaçılıq ənənələrinin davam etdirildiyini deyən qurum rəsmisi Ağdamda "Azərxalça" ASC-nin emalatxanalarının 2016-cı ildən fəaliyyət göstərdiyini bildirir. Şuşada isə "Azərxalça" ASC müxtəlif istiqamətlərdə iri ölçülü tədbirlər həyata keçirilsə də, bir gün orada da "Azərxalça" ASC-nin emalatxanasının fəaliyyət göstərəcəyinə ümid edir.
ÇİNARƏ MURADOVA
