00:00:00
Yazar
Admin User
08.01.2026 12:18 74 1 dəq oxuma
İdman

“Azəryol”un yeni baş məşqçisi

“Azəryol”un yeni baş məşqçisi

Qadın həndbolçulardan ibarət "Azəryol" klubunun cari mövsümdə məqsədi Azərbaycan çempionu olmaqdır.

 

" İnformator.az" xəbər verir ki, bu barədə komandaya yeni baş məşqçi təyin olunan Sergey Kambur deyib.

 

Belaruslu mütəxəssis rəhbərlik etdiyi kollektivin durumuna toxunub:

 

"Məqsədimiz dəyişməyib, birinci yer uğrunda mübarizə aparacağıq. Komandanı ağır psixoloji vəziyyətdən çıxarmalıyıq".

 

Daha əvvəl "Qarabağ" klubunda çalışmış mütəxəssis təyinatı haqqında danışıb:

 

"Bu, Azərbaycan Həndbol Federasiyasının qərarıdır. Səbəblərini bilmirəm. Bir həftəyə yaxındır ki, komandadayam. Hələ ki, bütün oyunçuları tanımıram. Həndbolçuların fiziki və taktiki hazırlıqlarını yüksəltməyə çalışacağam".

 

S.Kambur Azərbaycan çempionatını da dəyərləndirib:

 

"Mənə bu barədə fikir yürütmək çox çətindir. Çünki mövsümün əvvəlini görməmişəm. Mövsümün sonunda komandanın avrokuboklara nə dərəcədə hazır olacağı və kiminlə güclənəcəyi bilinəcək".

 

Qeyd edək ki, "Azəryol" Sergey Kamburla 1,5 illik müqavilə bağlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər