00:00:00
Yazar
Admin User
17.03.2016 12:43 500 1 dəq oxuma
Sosial

AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

Azərbaycan Texniki Universitetində ERASMUS+LPEB layihəsinin təqdimatı keçirilib.
AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

Azərbaycan Texniki Universitetində ERASMUS+LPEB layihəsinin təqdimatı keçirilib.

İnformator.az xəbər verir ki, tədbirdə iştirak edən Layihənin baş koordinatoru Jean-Noel Pachoud layhə haqqında geniş məlumat verib. Jean-Noel Pachoud bildirib ki, Azərbaycan, Rusiya və Çin iştirak etdiyi layihədə əsas məqsəd Avropa universitetləri ilə tərəftaşlıqdı.

“ Bununla çox böyük qlobal problemlərin qarşısını almaq niyyətindəyik. Layihə uğurla başa çatarsa iqlim istiləşməsinə qarşı mübarizə, bərpa olunan enerjinin səfərbər olunması və enerji səmərəliliyi və s. kimi naliyyətlər əldə olunacaq.”

Proqramın Azərbaycan üzrə kordinatoru, AzTU-nun professoru Həsən Hüseynovun sözlərinə görə, ERASMUS+LPEB fənn proqramları Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə və distant formada aparılacaq. Eyni zamanda üç ölkənin hər biri üçün fənn proqramlarını və onların məzmunlarının dolğunlaşdırılması, 30 müəllimin Avropa İttifaqında  təkmilləşdirilməsi, yeni kurslar üzrə 150 tələbənin hazırlanması mütləqdir.

Müddəti 36 ay olan layihədə Azərbaycan, Rusiya və Çin iştirak edir. ERASMUS+LPEB layihəsindəAzərbaycandan üç universitet, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər