00:00:00
Yazar
Admin User
06.04.2016 12:39 458 2 dəq oxuma
Sosial

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin finalı keçirilmişdir

Tədbirdə final mərhələdə iştirak edən şagirdlərə sertifikatlar verilmişdir
AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin finalı keçirilmişdir

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə VIII-X sinif şagirdləri arasında 2016-cı ilin yanvar-mart aylarında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilmişdir.

1-ci və 2-ci mərhələdən keçən gənc fiziklərin 3-cü, final mərhələsi aprelin 6-da AzTU-da yekunlaşıb.

AzTU-nun rektoru, professor Havar Məmmədov “Gənc fiziklər”lə görüşü zamanı ilk olaraq cəbhədəki uğurlarımıza görə xalqımızı təbrik etmişdir.Daha sonra rektor bu istedadlı şagirdləri gələcəkdə AzTU-da görmək arzusunda olduğunu bildirmiş və Universitet haqqında geniş məlumat vermişdir. Rektor Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə diqqət çəkərək gənclərimiz üçün çox böyük perspektivin olduğunu vurğulamışdır. Professor Havar Məmmədov gənclərə ordumuzun cəbhədəki uğurlarından danışaraq texnika və texnologiyanın önəminə diqqət çəkmişdir. Rektor bildirmişdir ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən aslıdır.Çıxışının sonunda rektor AzTU-nun dövlət xadimi olan, məşhur məzunlarından danışaraq bugünkü “Gənc fiziklər”ə uğurlar arzulamışdır.

Tədbirdə iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə çıxışında məktəblilər üçün yaradılan şəraitə görə öncəliklə Universitet rəhbərliyinə təşəkkür etmişdir. O, bu layihənin gələcəkdə bir ənənəyə çevrilməsi üçün Bakı Şəhər Təhsil İdarəsinin mexanizm hazırlayacağını bildirmişdir.

AzTU-nun fizika kafedrasının müdiri, professor Eldar Qocayev çıxış edərək bugünkü final mərhələsi testlərinin hazırlanmasında Universitet alimlərinin iştirakını qeyd etmiş və bildirmişdir ki, testlər fizika fənninin əhatəsini tam əks etdirir.

Tədbirdə final mərhələdə iştirak edən şagirdlərə sertifikatlar verilmişdir.

Daha sonra şagirdlər AzTU-nun kompyuter zalında testlə imtahan verərək müsabiqəni yekunlaşdırmışlar.

Final mərhələdə 24 komandadan ibarət 72 şagird iştirak etmişdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər