00:00:00
Yazar
Admin User
18.03.2016 14:36 569 1 dəq oxuma
Sosial

AzTU-da möhtəşəm Novruz şənliyi

Azərbaycan Texniki Universitetində Novruz şənliyi təşkil olunub.
AzTU-da möhtəşəm Novruz şənliyi

Azərbaycan Texniki Universitetində Novruz şənliyi təşkil olunub.

İnformator.az xəbər verir ki, şənliyi giriş sözü ilə açan rektor, professor Havar Məmmədov AzTU əməkdaşlarını və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib. Professor Havar Məmmədov çıxışı zaman AzTU-nun ölkənin ictimai-siyasi, elmi-texnaloji sferasında tutduğu mühüm pilləyə diqqət çəkərək tələbələrdən gözləntilərin çox olduğunu vurğulayıb. Daha sonra rektor universitetin həyətində Novruz tonqalını alovlandırıb.

AzTU-nun yaradıcı tələbələri isə müxtəlif nömrələr nümaiş etdiriblər. Kimi Kosa, Keçəl, Bahar qız obrazında Novruz abu-havası gətirib, kimi isə musiqi ifa edib, şeir oxuyub. Tələbələrin böyük marağına səbəb olan şənlik zamanı iş başında olan əməkdaşlara isə bayram sovqatı paylanılıb. AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsi 1200-ə yaxın əməkdaşa bayramla əlaqədar müxtəlif Novruz hədiyələri təqdim edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər