00:00:00
Yazar
Admin User
13.04.2016 07:36 1010 1 dəq oxuma
Media

\"Azxeber.com\" informasiya portalı 6 yaşını qeyd edir

Azxeber.com sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır
\"Azxeber.com\" informasiya portalı 6 yaşını qeyd edir

Bu gün \"Azxeber.com\" informasiya portalının 6 yaşı tamam olur.

İnformator az.ın məlumatına görə, 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən \"Azxeber.com\" həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Beynəlxalq sayğac sistemi olan \"Google Analytics\"ə görə portala son 1 ayda 2 milyon ziyarətçi daxil olub.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

İnformator az. kollektivi öz həmkarlarını təbrik edir

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər