00:00:00
Yazar
Səmayə Səftərova
25.05.2026 21:11 21 2 dəq oxuma
Dünya

Bəlkə İran da İbrahim razılaşmasına qoşulmaq istəyər - AÇIQLAMA

Bəlkə İran da İbrahim razılaşmasına qoşulmaq istəyər - AÇIQLAMA

ABŞ Prezidenti İranın İsraillə əlaqələrin qurulmasını nəzərdə tutan İbrahim razılaşmasına qoşulması ehtimalını istisna etməyib.

 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Vaşinqton və Tehran arasında danışıqlar ehtimalı qalmaqdadır və müəyyən müzakirələr davam edir:

 

 

"ABŞ Prezidenti Donald Trampın bu və ya digər məsələlərlə bağlı fikirləri və mövqeyi olub. Lakin sonradan görünüb ki, həmin açıqlamaların bir çoxunun reallıqla tam uyğunluğu olmayıb. Bu hal Donald Trampın prezidentliyi dövründə dəfələrlə təkrarlanıb. Buna görə də onun səsləndirdiyi fikirlər daha çox subyektiv xarakter daşıyır. Donald Tramp öz düşüncələrini sərbəst şəkildə ifadə edə bilər. Ancaq həmin fikirlərin dünya reallıqları, xüsusilə də Yaxın Şərqdəki geosiyasi vəziyyətlə nə dərəcədə uzlaşdığı ayrıca müzakirə mövzusudur. Mövcud şəraitdə İranın İbrahim razılaşmasına qoşulacağı inandırıcı görünmür. Çünki ilk növbədə ABŞ ilə İran arasında, eyni zamanda, İsrail–ABŞ–İran xəttində mövcud problemlərin həlli vacibdir. Hazırda Vaşinqton və Tehran arasında danışıqlar ehtimalı qalmaqdadır və müəyyən müzakirələr davam edir. Prosesin necə nəticələnəcəyini isə zaman göstərəcək".

 

Politoloq vurğulayıb ki, İranın İbrahim razılaşmasına qoşulması ilə bağlı qəti fikir söyləmək hələ tezdir:

 

"İran rəsmiləri də məsələyə münasibətlərini özləri açıqlayacaqlar. Digər tərəfdən, beynəlxalq səviyyədə əsas dəstəklənən yanaşma iki dövlət prinsipidir. Yəni, İsrail və Fələstin dövlətlərinin yaradılması ideyası BMT qətnamələrində də əksini tapıb. Əgər proseslər bu istiqamətdə inkişaf edərsə, tərəflər arasında münasibətlərin qurulması da mümkündür. Lakin burada tərəflərin öz gözləntiləri, siyasi şərtləri və BMT çərçivəsində formalaşmış yanaşmalar nəzərə alınmalıdır. Bu səbəbdən İranın İbrahim razılaşmasına qoşulacağı ilə bağlı səslənən fikirlər hələlik daha çox Donald Trampın şəxsi və subyektiv yanaşması kimi qiymətləndirilə bilər".

 

Səmayə Səftərova

#İran #ABŞ #İsrail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər