00:00:00
Yazar
Admin User
17.07.2023 15:34 230 1 dəq oxuma
Sosial

“Böyük Ermənistan” xülyası puça çıxdı

“Böyük Ermənistan” xülyası puça çıxdı

Ermənilərinmilliideyahesabetdikləri“BöyükErmənistan”, “dənizdəndənizə Ermənistan” xülyası artıqpuçdur. Buxülyaylayaşadıqları dövrərzindəmaddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbibaxımdan-birsözlə,bütünsahələrdə Ermənistan çox şeyitirdi. Ölkə işğalçılıq siyasəti ucbatından regiondakı layihələrdən təcrid olundu. Bunun günahını da Azərbaycanın üzərinə atmağa çalışırdı, amma sonra bu yalanları da faş oldu.  Artıq ermənilərin “milli ideya”sının mümkünsüz olduğu reallığı rəsmi İrəvanın özü də dərk edir. Siyasətçilər Prezident İlham Əliyevin mayın 28-i müstəqillik günü ermənilərə Laçından səslənməsini kəskin xəbərdarlıq kimi dəyərləndirirlər- Separatizm və miatsumun sonudur. Yeganə yol Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaqdır.

 

Laçından verilən mesajlardan aydın olur ki, Qarabağdakı ermənilər Azərbaycana reintiqrasiya olunacaqlar. Çünki qarşı tərəf üçün başqa çıxış yolu yoxdur. 

 

Və sonda.... 2020-ci il noyabrında üçtərəfli bəyannamənin imzalanması kadrları yəqin yadınızdadır. Həmin gecə ekranda Nikol Paşinyan yox idi... Sonradan məlum oldu ki, Vladimir Putin şəxsən Prezident İlham Əliyevdən xahiş edib ki, erməi baş nazirini daha da alçatmamaq üçün belə bir format qurulsun…Deyəsən Paşinyan həmin gecəni də unudub....

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər