Bəqaidən Leyenə: Uşaqlar öldürüləndə harda idiniz?
Xahiş edirəm, ikiüzlülüyə son qoyun. Tarixin yanlış tərəfində dayanmaqla karyera qurmusunuz - işğala, soyqırıma və vəhşiliklərə yaşıl işıq yandırmısınız. İndi də ABŞ-İsrailin iranlılara qarşı müharibə cinayətlərini yuyursunuz.
"İnformator.az" xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai özünün X səhifəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə cavab olaraq yazıb.
“Minab şəhərində 165-dən çox günahsız iranlı kiçik mələk qətlə yetiriləndə səsiniz niyə çıxmadı? Xəstəxanalar, tarixi yerlər, neft obyektləri, yanğınsöndürmə məntəqələri və yaşayış məhəllələri vəhşicəsinə hədəf alınanda niyə heç nə demirsiniz? Qanunsuzluq və vəhşilik qarşısında sükut şəriklikdən başqa bir şey deyil”, - Bəqai bildirib.
Qeyd edək ki, Leyen öz X səhifəsində “İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyinə qərar vermək hüququna layiqdir” yazıb.