00:00:00
Yazar
Güllər Gülhüseynova
19.03.2026 10:01 80 1 dəq oxuma
Dünya

BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib

BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında mərmi ilə vurulması nəticəsində gəmidə yanğın baş verməsi barədə məlumat yayıb.

 

"İnformator.az" xəbər verir ki, məlumat qurumun rəsmi saytında yerləşdirilib.

 

İnsident əmirliyin Qor-Fəkkən şəhərindən 11 dəniz mili (təxminən 20 km) şərqdə qeydə alınıb.

 

"UKMTO-ya daxil olan məlumata görə, gəmiyə naməlum mərmi dəyib və nəticədə göyərtədə yanğın başlayıb", – mərkəzin bəyanatında bildirilib.

 

Zərərçəkənlər və ya dəyən ziyan barədə məlumat yoxdur.

#azərbaycan #baki #baş #gəmidə #vurulan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər