00:00:00
Yazar
Admin User
16.11.2023 19:35 404 3 dəq oxuma
Sosial

Bütün cinayətlərin üstü gec-tez açılır

Bütün cinayətlərin üstü gec-tez açılır

“Respublikada itkin düşməklə bağlı hadisələr müstəqillik dövründə daha çox tüğyan etməyə başladı. Yəni, SSRİ dövründə mövcud itkinlərlə bağlı məsələlərə nəzər salaq. Tutaq ki, SSRİ böyük dövlət idi, ərazisi geniş idi, istədiyin yerə gedə bilirdin, kimisi evindən bezirdi və çıxıb gedirdi. Gedən əhali isə Rusiyada yaxud Ukraynada, yəni başqa SSRİ Respublikalarında yaşayıblar”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib. Hüquqşünasın sözlərinə görə, gedən şəxslər həmin ölkələrdə ailə qurublar, vəfat ediblər, hətta məskunlaşdığı ölkədə dəfn olunanlar da var.

 

“Məsələnin ikinci tərəfinə gəldikdə isə üstü açılmayan cinayət hadisələri ilə bağlı məsələlər Daxili İşlər Nazirliyinin (DİN) öhdəliyindədir. Bu proseslər onun statistikasına ciddi təsir edən bir amildir. Hesab etmirəm ki, üstü açılmayan cinayətlər məsələsi olsun burda”.

 

Hüquqşünas deyir ki, cinayətlərin üstü qısa müddətdə olmasa da, düşünürəm ki, bir müddət keçdikdən sonra bu cinayətlərin üstü istənilən formada açılacaq, bağlı qala bilməz.

 

“Məsələnin tez və ya gec həll olunmaq məsələsi var. O da niyə olur, məsələn ölüm hadisəsidir, ona ilkin olaraq baxırlar ki, hadisənin baş vermə səbəblərini aydınlaşdırırlar. Məsələn, bu zaman özünə qəsd kimi qiymətləndirmə olur, sonrakı istintaqda müəyyən olunur ki, faktiki olaraq qəsd olunubdur. Əməliyyat işlərində isti izlərlə deyirlər, burada onu açmaq daha rahatdır”.

 

Mehman Muradlı düşünür ki, hadisənin gedişatında bəzən fon yaradırlar ki, güya özü-özünə qəsd edib.

 

“Bu müzakirəli cinayətin üstün açmaq daha çətin olur. Oğurluq, zorakılıq kimi hallarla bağlı televiziyaya üz tutmağa isə mən bir az şou kimi baxıram. Yəni, orda elə məsələlər var ki, hesab etmirəm ki, orda deyilən sözlərin hamısı həqiqəti əks etdirsin. O bir şoudur, faktiki olaraq hansısa bir formada ailə-məişət problemlərin bəhs edərək, diqqət toplayır. Yadınızdadırsa həmin o verlişlərin birində kimsə, çıxıb etiraf etmişdi ki, mən bir adamı vurdum və dərhal da içəri polis əməkdaşları daxil olur və onu götürüb aparırlar. O məsələdən sonra bir xəbər çıxmadı. Deyəsən, Ağcabədidə olmuşdu. Sonra bir məlumat olmadı ki, şəxslə bağlı cinayət işi başlanıldımı ya yox”.

 

Mehman Muradlı televiziyada bu tip mövzulu verilişlərə öz iradlarını bildirib.

 

“O baxımdan da hesab edirəm ki, bu şoudan başqa bir şey deyil. Həmin verilişlərin aparıcıları, əməkdaşları bir də görürsən gedirlər Rusiyanın hansısa ucqar kəndində kimisə tapırlar. İnsanın sərbəst hərəkət etmə hüququ var və istədiyi yerə gedə bilər”.

 

Hüquqşünas əlavə edir ki, isti izlərlə olan cinayətlər var ki, üstü hələ də açılmayıb.

 

“Onlar illərlə də çəkə bilir. Amma son nəticədə həmin cinayət işlərinin üstü xeyli müddət keçsə də, açılır. Yəni orda dövlətin lazımınca bu işlərlə məşğul olmamasını demək absurddur”.

 

Mehman Muradlının sözlərinə görə, bu cinayətlər açılmayanda həmin əməliyyat işini hansı polis idarəsi aparırsa, bu onlara nöqsan kimi qəbul olunur.

 

“Daxili İşlər Nazirliyinin inspeksiyası bu idarələrdə yoxlamalar həyata keçirir və yoxlamaların nəticəsi olaraq da hətta polis şöbəsinin rəisi də töhmət ala, işdən azad oluna bilir”.

 

Bəs, Qanunvericilikdə bu cinayət işləri ilə bağlı məsələlər nə cür tənzimlənir?

 

“Məsələn, bir hadisə baş verib. Əvvəl polis bölməsinə müraciət olunur, bu məsələ araşdırılır. İstintaq aparılır və cinayət tərkibi varsa, cinayət işinə başlanılır. Əgər cinayət işi başlanmasa, prokurorluğa şikayət etmək olar və əsaslandırmaq olar ki, polis əməkdaşları qərarla bağlı araşdırma aparmır. Həmin qərarı prokurorluq ləğv edir və yenidən cinayət işi başladılmasına nail olur. Hətta son nəticə olaraq da, məhkəmə ilə müraciət etmək olur. Məhkəmə nəzarəti qaydasında həmin orqanın hərəkət və hərəkətsizliyindən şikayət verilir və məhkəmə orqanları məhkəmə nəzarəti qaydası qısa müddətdə baxılması mümkün olduğu üçün cinayət olub-olmadığını müəyyən edir və həmin cinayət işi həll olunur”, - deyə hüquqşünas əlavə edib.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər