Bütün dindarlar döyüşə getməyə hazırdır - QMİ sədri
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) cəbhə xəttində baş verən hadisələrlə əlaqədar şəhid ailələri, eləcə də ictimaiyyət xadimləri ilə görüş keçirilib.
İnformator.az xəbər verir ki, tədbirdə çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə cəbhə xəttində şəhid olmuş hərbçilərin ailələrinə başsağlığı verib və bildirib ki, Azərbaycan əsgəri cəbhədə böyük igidlik, mərdlik və şücaət göstərib.
\"Qarşı tərəfə Azərbaycan Ordusunun nə qədər güclü olduğu bir daha sübüt olundu. Cəbhədə baş verənlər bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə də işğaldan azad edə bilər.
Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq!
Azərbaycan dindarları döyüşə hər an hazırdır. Ali baş komandan nə vaxt əmr versə, bütün dindarlar döyüşə getməyə hazırdır!\", - QMİ sədri bildirib.
