Bütün dinlər vahid Yaradana yönəlib
“Etnoqlobus” Beynəlxalq onlayn mərkəzi və Azərbaycan Bəhai icmasının birgə təşkilatçılığı ilə Azərbaycan Krişna şüuru mərkəzində “Bir ümumi Vətən: Azərbaycanda multikultural mədəniyyətin və tolerantlığın xalq kütlələrinə çatdırılması ” adlı layihəsi çərçivəsində “Müxtəliflikdə dialoq” müzakirələri keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Krişna şüuru icmasının təsisçisi Aydın Mərdiyev dialoqa həmişə hazır olduqlarını , bütün dinlərin bir istiqamətə-Yaradana yönəldiyini bildirib.

“Yaradan hər bir dində və dildə bir cür səslənsə də, O, vahid enerji mənbəyidir və məqsədimiz Ona çatmaqdır. Bu yolda şüarımız sülh və sevgi yolu olmalıdır. Yalnız bu halda müxtəliflikdə dialoq mümkündür”

Azərbaycan Bəhai icmasıın Məhvil üzvü Azər Cəfərov layihənin cəmiyyətimizdə tolerantlıq mədəniyyətinin dərişləşdirilməsi üçün nəzərdə tutulduğunu, Azərbaycanda sülh və əmin-amanlığın gücləndirilməsi üçün ictimai fəaliyyətin artırılmasına ehtiyac olduğunu bildirib.


“Etnoqlobus” mərkəzinin direktoru Gülnara İnanc dialoq mədəniyyətinin dinləməkdən başladığını, nitqdə təzahür etdiyini bildirib. “Müxtəliflikdə dialoq qurmaq üçün müqayisə etməmək, özün əqidəni, etnik və milli kimliyini kimdənsə üstün tutmamalısan. Dialoqda müqayisə olmamalı, ortaq tərəflər tapılmalıdır”, -deyib Gülnara İnanc.

AMEA Coğrafiya İnstitutunun elmi işçisi Zülfiəli Rasulov həyatda hər şeyin müxtəliflikdən yarandığını vurğuladı: “Yağış kiçik bulaqlar, çaylar yaradır, onlar isə öz növbəsində özünəməxsuz dadları və müxtəlifliyi ilə bir mənbəyə, məsələn Kürə axaraq onu güclü şaya çevirir. Dövlət də belədir.”
Media və mülki cəmiyət ictimai birliyinin sədri Xanoğlan Əhmədov Azərbaycan naminə birlik və dialoqa ehtiyac olduğunu qeyd edib. "Biz parçalandıqca xırdalanırıq və dövlətimiz zəifləyir. Xırdalanmaq deqradasiyadır", deyib Əhmədov.

Azərbaycan İlahiyyat İnstitutun və Human Foundation təşkilatının nümayəndəsi Nərgiz Məmmədli deyib ki, cəmiyyətin tolerant olması üçün insan ilk növbədə özü ilə dialoq qurmağı bacarmalı və sonra ətrafı ilə harmoniya yaratmalıdır.
Bəhai icmasının üzvü Lalə Yazıçı öz növbəsində bağçanın yalnız müxtəlif rəngli hüllərlə gözəl olduğunu deyib: “Yalnız bir rəngdə güllərin olduğu bağçada çox qalmaq olmaz. Həyat müxtəlifliyi ilə gözəldir.”

Norveç Zərdüşti Əncüməninin üzvü Aydın Talıbov zərdüştiliyin dünya mədəniyyətinə verdiyi bəhrələrdən, sülh və işığa çağırış etdiyini bildirib.
AMEA Etnoqrafiya və Arxeoligiya İnstitutunun böyük ülmi işmisi Elnur Vəliyev Azərbaycanın inikal bir ölkə olduğunu, kiçik bir ərazidə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını qeyd edib. “Dözümlülük ənənəsi davam etdirilməni və genişlənməlidir”, -deyib E.Vəliyev.
Etnopsixoloq Aynur Bünyatova insanların stereotiplərində dəyişikliyə ehtiyac olduğunu, köhnə daşlaşmış formatlardan imtina etmək lazım olduğunu deyib.

Azərbaycan Krişna şüuru icmasının üzvü Babək Allahverdiyev dinindən asılı olmayaraq insanların vahid Yaradana xidmət etdiyini və məhz bu əsaslar üzərində dialoq qurmağın vacib olduğunu deyib.
İlahiyyat üzrə fəlsəfə doktoru İradə Zərqan İslamın dialoqa açıq olduğunu, səbr, dözümlülülk təbliğ etdiyini dilə gətirib.

Görüşdə müxtəlif təkliflər müzakirə olunub.
Tədbir müxtəlif dinlərin duaları və meditasiya ilə yekunlaşıb.
Fotolar: ethnoglobus.az
