Bütün ermənilərin katalikosu Qaragen mənimlə görüşə gəlmədi - Allahşükür Paşazadə
Bu münaqişənin qısa müddət ərzində həll olunmasını istəyir
\"Rus Patriarxı Kiril Qarabağ məsələsinin ədalətli həllində tərəfdardır. Bu münaqişənin qısa müddət ərzində həll olunmasını istəyir.\"
İnformator.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə şəhidlərin xatirəsinə həsr olunan tədbirdə deyib.
QMİ sədri vurğulayıb ki, Patriarx Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutur və ona təşəkkür edirik.
A.Paşazadənin sözlərinə görə, Rus patriarxı Kiril cəbhədə baş verən son hadisələrdən sonra ermənilərin katalikosu II Qaragenlə məni görüşdürmək istəyirdi. Lakin Qaregen görüşə gəlmədi.
