00:00:00
Yazar
Zəri Bayramlı
30.10.2026 22:12 49 1 dəq oxuma
Sosial

Bəzi ödənişlərdə xidmət haqqı ləğv edilir

Bəzi ödənişlərdə xidmət haqqı ləğv edilir

Gələn ildən bəzi dövlət-hökumət ödənişlərində vətəndaşdan xiddmət haqqı tutulmayacaq. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Bildirilib ki, indiki dövrdə təqribən 14 dövlət-hökumət qurumuna cərimə, ödənişi edərkən vətəndaşdan bank xidməti haqqı tutulur. Yanvar ayına qədər bu məsələnin həll olunması gözlənilir. Bununla da vətəndaşdan əlavə xidmət haqqı tutulmayacaq.

 

 

Mövzu ilə bağlı "İnformator.az" saytına açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, dəyişiklik əsasən dövlət rüsumlarını, inzibati cərimələri və dövlət qurumlarına edilən digər məcburi ödənişləri əhatə edəcək. Lakin konkret ödənişlərin siyahısı hələlik açıqlanmayıb:

 

"Hazırda təxminən 14 dövlət qurumuna cərimə və digər ödənişlər edilərkən vətəndaşlardan əlavə bank komissiyası tutulur. Yeni mexanizmlə bu ödənişlər üzrə əlavə xidmət haqqının aradan qaldırılması planlaşdırılır”.

 

İqtisadçı bildirib ki, bu dəyişiklik vətəndaşların əlavə maliyyə yükünü azaldacaq:

 

“Xüsusilə tez-tez kommunal və digər dövlət ödənişləri həyata keçirən, yaxud inzabati cərimə ödəyən şəxslər üçün müəyyən qənaət yaranacaq. Məbləğ ayrı-ayrılıqda kiçik görünsə də, ümumi ödənişlərdə əlavə xərclərin aradan qalxması büdcə üçün faydalıdır”.

 

 

İqtisadçı  qeyd edib ki, bu addım elektron ödənişlərin stimullaşdırılmasına və dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasına da kömək edə bilər.

 

 

Pənahova Şəbnəm

#ləğv #gündəm #baki #edilir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər