00:00:00
Yazar
Admin User
03.02.2026 16:28 45 1 dəq oxuma
İdman

Badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib

Badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib

Bu gün badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, 33 ölkədən 347 badmintonçu 6 gün ərzində "International Challenge" kateqoriyalı turnirdə qüvvəsini sınayacaq.

 

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 238 görüş 4 kortda oynanılacaq. Yarışı yerli və əcnəbi hakimlər idarə edir.

 

Bu gün turnirin ilk yarış günündə kateqoriyalar üzrə təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan turnirdə 14 oğlan və 14 qız badmintonçu ilə təmsil olunur.

 

"Azerbaijan International" beynəlxalq turnirin final qarşılaşmaları fevralında 8-də keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər