00:00:00
Yazar
Admin User
13.12.2023 12:21 657 2 dəq oxuma
Sosial

Bağçada işləmək üçün yalnız ali təhsil kifayət etmir

Bağçada işləmək üçün yalnız ali təhsil kifayət etmir

Məktəbəqədər təhsillə bağlı dəyişiləcək məqamlar artıq məlumdur. Bağçalara müəllim qəbulunda ediləcəyi düşünülən bu dəyişiklik bəs hansı formada gələcəkdə özünü göstərə bilər. Hazırda bağçalarda fəaliyyət göstərənlərin çoxu qeyri-ixtisas fənn müəllimləridir. Ekspertlərin fikrincə, bu təhsil müəssisələri ilə bağlı problemlərin çox olması da elə bu səbəbdən qaynaqlanır.

 

 

Təhsil eksperti Elçin Əfəndi deyir ki, müvafiq olaraq qeyri-ixtisas fənn müəllimləri eyni zamanda ümumiyyətlə pedaqoji fəaliyyəti olmayan şəxslər baxça təhsilinə cəlb olunub və nəticə etibarı ilə gördük ki, bağçalarda hansı acınacaqlı vəziyyətlər formalaşırdı.

 

"Məktəbəqədər təhsil pilləsində daha çox bilik və bacarıqları yüksək olan kadrları işlə təmin etmək və onların övladlarımıza təhsil verməsini təmin etmək zərurəti var. Adətən məsələlərə humanist yanaşırıq, nə üçün müəllimlər kənarda qaldı, nə üçün bura qədər işləyirdi 5 illik,10 illik təcrübəsi var onlar niyə çıxarılır ki. Əlbəttə, heç kəs istəməz ki onun övladına dərs deyən hər hansı bir müəllim qeyri-ixtisas sahibi olsun".

 

Elçin Əfəndi qeyd edir ki, bağçada işləmək üçün yalnız ali təhsil kifayət etmir. İxtisas da burada vacib sayılır.

 

 

"Məsələn, qeyri-ixtisas fənnidir, azərbaycan dili ədəbiyyat müəllimi, riyaziyyat müəllimidisə və yaxud ümumiyyətlə qeyri pedaqoji bir ixtisas sahibidirsə, artıq həmin şəxslər müvafiq olaraq işdən kənarlaşdırılacaq. Artıq Elm və Təhsil Nazirliyinin eyni zamanda müvafiq hüquqi normativ aktlarda öz əksini tapan baxça təhsili istiqamətində tərbiyəçi müəllim funksiyasını yerinə yetirən şəxslər orta ixtisas təhsil müəssisələrini bitirən eyni zamanda ali təhsil müəssisəsələrini məktəbəqədər təlim-tərbiyə ixtisası sahibləridir ki, məhz bu şəxslər bağça istiqamətində təhsil verə bilərlər".

 

Bəzi xarici ölkələrdə bağça müəllimi kimi nəinki bakalavr hətta magistratura dərəcəsi olan şəxslər işə qəbul edilirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər