00:00:00
Yazar
Admin User
17.07.2023 16:19 361 2 dəq oxuma
Sosial

Bağçalarda qidalanma: özəl və ya dövlət bağçası?

Bağçalarda qidalanma: özəl və ya dövlət bağçası?

Hər şey ailədən başlayır deyirlər. Lakin uğurlu vətəndaş olaraq yetişmək üçün sosiallaşmaq vacib şərtlərdəndir. Valideyinlərin əksəriyyəti işin çoxluğundan uşaqlarını bağçalara göndərir.

 

Burda isə onları narahat edən əsas məqam övladlarının necə qidalanmsıdır. Uşaq ailədə böyüsə də şəxsiyyət cəmiyyət formalaşır. Bunun üçün isə uşaq bağçalarını ilk pillə hesab etmək olar. Azyaşlılar burada oynayır, öyrənir və qidalanırlar. Eyni zamanda yeni dostlar qazanırlar ki, bu da onların çevrəsini formalaşdırır. İntelektual və sağlam gənclərin yetişdirilməsində qidalanma önəmli yer tutur.

 


174 saylı körpələr evi-uşaq bağçasının müdiri Mədinə İsgəndərova deyir ki, uşaqların qida rasionu yaşa görə dəyişir. Gündəlik menyu əsasən kalori yeməklərdən, meyvə-tərəvəz, ət və ət məhsullarından ibarət olmalıdır. Hazırda uşaqların qidalanmasında istifadə edilən menyu ötən əsrin sonlarında müəyyənləşdirilib.

 

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü deputat Etibar Əliyev deyir ki, uşaq bağçalarında verilən qida rasionuna yenidən baxılması labüddür. Bunun üçün müvafiq qrumlar verilən təkliflərə uyğun hərəkətə keçməlidir. Ölkəmizdə 1656 dövlət tabeliyində olan uşaq bağçası, fəaliyyət göstərir. Özəl bağçaların sayı isə 96-dır. Deputatın sözlərinə görə, özəl bağçalarda qida rasionu daha zəngin və keyfiyyətlidir. Bunun səbəbi isə yüksək ödənişli olmalarıdır.

 

Ölkəmizdə orta məktəbin birinci sinifinə gələn uşaqların cəmi 25 faizi bağçalara gedənlərin payına düşür. Gələcəkdə bu göstəricini yaxşılaşdırmaq üçün müxtəlif təkliflər irəli sürülür. Bu gün bağçalarda böyüyən, tərbiyə alan uşaqlar gələcəkdə cəmiyyətin əsas istiqamət verən hissəsini təşkil edəcək. Düzgün yolla getmək üçün intelekt və savad qədər sağlam qidalnam da mühüm rol oynayır. Güclü cəmiyyətin təməlində sağlam insan faktoru dayanır.

 

Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər