00:00:00
Yazar
Səadət Əlizadə
15.03.2026 20:52 22 1 dəq oxuma
Siyasət

Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi raket atəşinə tutulub

Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi raket atəşinə tutulub

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinə məxsus logistika mərkəzinin raket hücumuna məruz qaldığı bildirilir.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.


Məlumata görə, hücum Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ səfirliyinin logistika mərkəzinə qarşı həyata keçirilib.

Bildirilir ki, hadisə baş verən ərazidə bir neçə partlayış qeydə alınıb və hava limanı ətrafında güclü partlayış səsləri eşidilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb.

#baki #atəşinə #səfirliyinin #raket
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər