00:00:00
Yazar
Aise Mustafayeva
09.09.2026 23:52 43 2 dəq oxuma
Gündəm

Bahalaşan neft: artan gəlir yoxsa yeni inflyasiya riski?

 

Bahalaşan neft: artan gəlir yoxsa yeni inflyasiya riski?

Dünya bazarında neftin qiymətinin yenidən yüksəlməsi enerji ixrac edən ölkələrin iqtisadiyyatına təsir göstərən əsas məsələlərdən birinə çevrilib. Yaxın Şərqdə artan gərginlik və enerji tədarükü ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin qiymətinin 100 dolları ötməsi diqqət çəkir.

 

 

Neft ixrac edən Azərbaycan üçün qiymətlərin bahalaşması ilk növbədə ixrac və valyuta gəlirlərinin artması deməkdir. Bununla yanaşı, neft qiymətlərinin yüksəlməsi ölkə iqtisadiyyatına yalnız müsbət təsir göstərmir. Azərbaycan Mərkəzi Bankının araşdırmalarına əsasən, neft qiymətlərindəki dəyişikliklər ölkə iqtisadiyyatı üçün mühüm xarici amillərdən biridir.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli dünya bazarında neftin bahalaşmasının ilk baxışda Azərbaycana müsbət təsir göstərdiyini bildirir. 

 

 

İqtisadçının sözlərinə görə, neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərinin və ölkəyə daxil olan valyuta axınının artmasına səbəb olur. 

 

 

" Azərbaycan daha əvvəl də yüksək neft qiymətləri ilə qarşılaşıb. 2008-ci ilin iyununda Azərbaycan neftinin qiyməti 148-149 dollara qədər yüksəlib".

 

 

Natiq Cəfərli deyir ki, neftin bahalaşmasının müsbət tərəfi valyuta gəlirlərinin artmasıdlr. Bununla yanaşı müəyyən mənfi təsirlər də mövcuddur. 

 

 

"Azərbaycan idxaldan asılı ölkə olduğundan dünya bazarında neftin bahalaşması logistika və daşınma xərclərinin artmasına gətirib çıxarır. Logistika xərclərinin yüksəlməsi mal və xidmətlərin dəyərinə təsir göstərir və nəticədə inflyasiya sürətlənə bilər".  

 

İqtisadçı Natiq Cəfərli vurğulayır ki, Azərbaycan ərzaq və qeyri-ərzaq məhsullarının böyük hissəsini xaricdən idxal etdiyinə görə, dünya üzrə qiymət artımları ölkə daxilində də hiss olunur. 

 

 

 

" Dünya bazarında logistika və daşınma xərclərinin bahalaşması yaxın gələcəkdə Azərbaycanda da qiymət artımının sürətlənməsinə səbəb ola bilər" 

 

 

 

 

Aişə Mustafayeva

#gəlir #neft: #yeni #yoxsa #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər