00:00:00
Yazar
Aise Mustafayeva
14.10.2026 21:54 24 1 dəq oxuma
Dünya

Bahçeli: Türkiyə və Azərbaycan eyni mədəni coğrafiyanın iki güclü dövlətidir

 

Bahçeli: Türkiyə və Azərbaycan eyni mədəni coğrafiyanın iki güclü dövlətidir

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə və Azərbaycanın ortaq tarixi, mədəniyyəti və qardaşlıq bağlarına malik iki güclü dövlət olduğunu bildirib.

 

Bahçeli qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın son həftəsində Ankarada keçiriləcək Zirvəsi tarixi əhəmiyyət daşıyır. O, Azərbaycanın sədrliyinin Türkiyəyə keçməsi ilə türk dünyasının ortaq məqsədlərinin həyata keçirilməsi istiqamətində mühüm məsuliyyətin Türkiyənin üzərinə düşəcəyini vurğulayıb.

 

MHP sədri əməkdaşlığın suverenliyə, müstəqilliyə və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu bildirərək, Azərbaycan-Türkiyə qardaşlığına zərər verə biləcək fikir ayrılıqlarına yol verilməməsinin vacibliyini qeyd edib.

 

O, həmçinin TDT-nin 2040-cı il Vizyon Sənədi çərçivəsində iqtisadiyyat, təhsil, elm, texnologiya və mədəniyyət sahələrində konkret layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Aişə Mustafayeva

#türkiyə #dövlətidir #xəbər #mədəni #güclü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər