00:00:00
Yazar
Admin User
02.04.2024 13:10 342 1 dəq oxuma
Sosial

Bakalavrlar üçün nəzərdə tutulan 4 illik təhsil müddəti azaldıla bilərmi ?

Bakalavrlar üçün nəzərdə tutulan 4 illik təhsil müddəti azaldıla bilərmi ?

Bir neçə il əvvəl Milli Məclisdə bakalavrlar üçün nəzərdə tutulan təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi haqda müzakirələr aparılırdı. Lakin bununla bağlı hələ də heç bir qərar qəbul edilməyib.

 

Dünyanın bir çox universitetlərində belə bir sistem var ki, ali təhsil pilləsində oxuyan tələbə qeyri ixtisas fənlərindən imtina edərək təhsil müddətini azalda bilər. Lakin ölkəmizdə belə bir təcrübə və qanun yoxdur. Sözü gedən məsələ ilə bağlı tələbələrdən sorğu götürdük.Onlar arasında fərqli fikirdə olanlar var. Bununla razılaşan və razəlaşmayan. Deputat Ceyhun Məmmədovun fikrincə, ölkəmiz hazırda bakalavrlar üçün nəzərdə tutulan təhsil müddətinin azaldılmasına hazır deyil. Bunun üçün kifayət qədər vaxt və xüsusi plan hazırlamaq lazımdır. Sözü gedən qanunda dəyişikliyin edilməsində bir-başa məsuliyyət Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Elə buna görə də sorğumuzu aidiyyatı quruma ünvanladıq. Nazirlikdən bildirildi ki, hazırda fərdi ixtisaslar üzrə bununla bağlı müzakirələr aparılır. Müvafiq qərar qəbul olunduğu təqdirdə ictimaiyyətə bu barədə məlumat veriləcək.


Leyla Hacıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər