''BAKCELL'' MAĞAZALARI ABUNƏÇİLƏRİN İXTİYARINA VERİR
Ölkənin ən böyük özəl mobil operatoru olan ““Bakcell”” Bakı şəhəri və regionlarda ardıcıl olaraq yeni konsepsiyada mağazaları abunəçilərin ixtiyarına verir.
İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, rəqəmsal dünyada innovativ yenilikləri ilə seçilən şirkət, istehlakçı təcrübələrini nəzərə alaraq mağazalarda son texnoloji yenilikləri abunəçilərə təqdim edir. Yüksək texnologiyalarla təchiz olunmuş yeni mağaza Əhmədli metrostansiyasının yaxınlığında, Sarayevo küçəsi 2322 1E ünvanında yerləşir. “İnnovasiya yönümlülük” yanaşması Bakcell-in əsas prinsiplərindən biri olduğu üçün mağazada müasir texnologiya rahatlıqla birləşir. Modern atmosfer, intellektual və şəffaf növbə sırası, rəqəmsal zonanın olduğu bu məkanda abunəçilərə telekommunikasiyanın gələcəyini kəşf etmək üçün bütün şərait yaradılıb.Əhmədli filialının xüsusi təlim keçmiş əməkdaşları müştərilərin ehtiyaclarının sürətlə qarşılanması üçün operativ dəstək göstərməyə hazırdırlar. Mağazada premium zəng xidməti olan VoLTE-nin aktivləşdirilməsi, yeni nəsil sim texnologiyası – eSim satışı, sərfəli tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə yanaşı 10 növdən çox xidmət təqdim olunur. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
Qeyd edək ki, açılış günündə yeni mağazanın xidmətlərindən yararlanan abunəçilərə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
